Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

26 Sentyabr

2017
15:17
6012
Bloqeri canlı efirdə ilan sancdı: Gənc öldü - VİDEO

Heyvanların öyrənilməsi ilə məşğul olan 31 yaşlı  videobloqer  Arslan Valeyevi canlı yayım zamanı ilan sancıb. FaktXeber.com-un verdiyi məlumata görə, bunun suiqəsd ya təsadüfən olduğu barədə müxtəlif fikirlər səsləndirilir.

Belə ki, o, bir müddət əvvəl həyat yoldaşından boşanmışdı. Tanışlarının sözlərinə görə, bu ayrılıq Valeyev üçün çox ağrılı olub.

Faciə günü gənc bloqer puma balasını baytara aparan tanışı ilə rastlaşıb. Sonra günü bir yerdə keçiriblər. Gecə isə Valeyev öz izləyiciləri ilə sonuncu strimə çıxıb. Kadrlarda onun qəribə davranışı diqqət çəkib. O, həyat, ölüm və acılar barədə danışıb.

Bir müddət sonra o ekrandan ayrılıb, qayıdanda isə qara mambanın onu sancdığını bildirib. Qeyd edək ki, bu ilan növün zəhəri  ifliclə nəticələnir və nəfəsin dayanmasına gətirir.

Bundan sonra  Arslanın halı pisləşir, komatoz vəziyyətdə izləyicilərə keçmiş arvadının telefon nömrəsini çatdırır ki, son dəfə onu görsün (04:37-ci dəqiqədə).

İzləyicilərdən biri dərhal təcili yardım çağırır. Bloqer xəstəxanaya çatdırılır, burda o madiakamentoz komaya salınır. Lakin həkimlər əməliyyat eləməyi çatdırmırlar, gənc bloqer ölür.

Məqalədə : aparıcı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru