Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

26 Sentyabr

2017
10:51
615
Netanyahu Kürdüstan referendumu ilə bağlı danışmağı qadağan edib

İsrailin baş naziri Benyamin Netanyahunun İraq Kürdüstanı referendumu barədə açıqlama verməyi Nazirlər Kabineti üzvlərinə qadağan edib. Bu barədə "Reuters"ə kabinet üzvü olan 2 nəfər danışıb. Onlar bu referendumun çox həssas məsələ olduğunu vurğulayıblar.

FaktXəbər-in məlumatına görə, beynəlxalq etirazlara baxmayaraq, İraqın kürd bölgəsinin müstəqilliyinə dair referendum dünən keçirilib. İsrailin kürdlərin müstəqillik referendumuna açıq şəkildə dəstək verməsi isə son vaxtlar Təl-Əviv və Ankara arasında gərginlik yaradıb.

Netanyahunun ofisi sözügedən məsələ barədə şərh verməkdən imtina etməsinə baxmayaraq, 13 iyul tarixində Netanyahu özü şəxsən İraq Kürdüstanının müstəqlliyini dəstəkləmişdi. Dünən isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verərək, "Netanyahunun kürdlərlə bağlı mövqeyi Ankara ilə Təl-Əviv arasındakı əlaqələrə zərər verəcək", - deyə bildirib.

İsrailin 1960-cı illərdən etibarən kürdlərlə kəşfiyyat mübadiləsi, ticarət və hərbi əlaqələri var.

Məqalədə : Kürdüstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 02:28

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru