Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

26 Sentyabr

2017
08:59
744
Şimali İraqda keçirilən referendumun ilkin nəticələri açıqlanıb

İraqın şimalında Kürdüstan Regional Rəhbərliyinin keçiridyi və bütün dünyanın etirazına səbəb olan referendumun ilkin nəticələri açıqlanıb. 

FaktXəbər bildirir ki, açıqlanan rəqəmlərə görə referendumda iştirak kürd rəhbərliyinin gözlədiyi civarda olub. Digər vilayətlərə nisbətən Kərkük və Qaratəpədə isə iştirak daha az olub. 

"Rudav"ın yaydığı məlumatda bildirilir ki, sayılan 282 min 017 səsdən 93.29 faizi "Bəli", 6.71 faizi isə "Xeyr" olub.

Xatırladaq ki, Şimali İraqda seçicilərin sayı 4 milyon 581 min 255 nəfərdir. Onlardan 3 milyon 305 min 925 nəfər seçkidə iştirak edib.

Məqalədə : Kürdüstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru