Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

26 Sentyabr

2017
08:23
987
ADP adı korrupsiya cinayətlərində keçən məmurlar haqqında təhqiqat istəyir

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. 

Partiyanın mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, toplantı iştirakçıları ilk növbədə ötən həftə keçirilən BMT-nin 72-ci sessiyasını müzakirə edib. Müzakirələrdə bildirilib ki, BMT-nin son sessiyasında səslənən bir çox fikirlər bu qurumun yeni dünya düzəninə uyğun olaraq yenidən formalaşdırılmasının, bir çox beynəlxalq hüquq normalarının, xüsusi ilə beynəlxalq təhlükəsizliyi təhdid edən korrupsiya və separatizmlə bağlı beynəlxalq hüquq normalarının müəyyən edilməsinin və bunlarla bağlı ümumi qətnamələrin qəbul edilməsinin vacibliyini ortaya qoyub. 

İdarə Heyəti 23 sentyabr tarixində Milli Şuranın keçirdiyi mitinqə də münasibət bildirib. İdarə Heyəti aksiyanın baş tutmuş aksiya kimi dəyərləndirərək, Azərbaycan hakimiyyətini bir daha mitinqin tələblərindən olan adı korrupsiya cinayətlərində keçən məmurlar haqqında təhqiqat və istintaq hərəkətlərini başlamağa çağırıb. İdarə Heyəti mövcud korrupsiya faktı ilə bağlı istintaq hərəkətləri başlamayacağı halda bu cinayətlərin dövlət siyasəti kimi həyata keçirildiyi anlamı daşıyacağını bildirib. 

Müzakirələrdə son vaxtlar siyasi motivlərlə həbs olunan şəxslərə qarşı saxlanıldıqları cəzaçəkmə müəssisələrində qeyri-qanuni davranışlar da müzakirə olunub. Siyasi motivlərlə həbs olunan Rüfət Səfərov, Cavid Şirəliyev və ADP üzvü Məhbub Zülfüqarlıya qarşı saxlama yerlərində beynəlxalq hüquq normalarına uyğun olmayan münasibətlərdən narahatçılıq ifadə edilib, hakimiyyət orqanlarından bu cür qanunsuz hərəkətlərdən çəkinməyə və siyasi motivli həbs olunanların azadlığa buraxılması üçün addımlar atmağa çağırıb.

Məqalədə : korrupsiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 17:55

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru