Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Sentyabr

2017
17:17
1896
Səudiyyə Ərəbistanında daha bir neçə din xadimi həbs edilib

Dünən sosial şəbəkələrdə Səudiyyə Ərəbistanında tanınmış ruhanilərdən olan Şeyx Muhəmməd Ureyfinin həbsiylə bağlı məlumat yayılıb.

FaktXəbər-in məlumatına görə, xəbəri onun ailəsi təsdiqləyib. Ailəsinin açıqlama verərərk bildirib ki, dünən gecə bir neçə təhlükəsizlik qüvvəsi evə hücum edərək, heç bir səbəb söyləmədən Şeyxi həbs ediblər.

Müşahidəçilər bildirirlər ki, Ureyfinin bir sıra Səud alimlərindən sonra həbsi “İxvanul-muslimin” düşüncələrini yaymaqda və Qətərə dəstək verməkdə ittiham olunması ilə əlaqədardır.

Qeyd edək ki, 2014-cu ildə Ureyfinin hacılara xidmətin keyfiyyəti barədə səsləndirdiyi tənqidlərə görə həbsindən sonra onu ilk müdafiə edən və azadlığını tələb edən şəxs Salman Oudə olub. Buna görə də bəziləri Ureyfinin saxlanılma səbəbi kimi Salman Oudəyə verdiyi dəstəyi göstərirlər. 

Dr.Muhəmməd Ureyfinin ailəsi bildirib ki, onun sosial şəbəkələrdəki profilləri tələbələri tərəfindən idarə olunur.

Məqalədə : Səudiyyə Ərəbistanı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru