Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Sentyabr

2017
16:14
636
Putin ilə Ruhani Rusiya-İran-Azərbaycan formatını müzakirə edib

Rusiya  prezidenti Vladimir Putin İran İslam Respublikasının dövlət başçısı Həsən Ruhani ilə telefon danışığı aparıb. FaktXeber.com-un məlumatına görə, bu barədə Kremlin Mətbuat Xidməti xəbər yayıb.

Söhbət zamanı İranın nüvə proqramı ətrafındakı vəziyyət müzakirə olunub, birgə hərtərəfli Fəaliyyət Planının tam reallaşmasının vacibğliyi  vurğulanıb.

Bundan başqa müxtəlif sferalardakı ikitərəfli münasibətlərdə bəzi aktual  məsələlərə, o cümlədən Rusiya-İran-Azərbaycan formatından əməkdaşlıq problematikasına toxunulub.

Prezidentlər bundan sonra da ünsiyyət barədə vədələşdilər.

Yeri gəlmişkən qeyd edək ki, Rusiya prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə də telefon danışığı aparıb. Rəsmi məlumatlara görə, söhbət zamanı ikili münasibətlər və regional məsələlər müzakirə olunub, həmçinin Kürdüstanda referendumla bağlı da danışılıb. Hər iki dövlət başçısı İraq və Suriyanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər.

Məqalədə : Rusiya İran Azərbaycan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru