Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2017
13:50
3470
“Qarabağ” - “Roma” matçını portuqaliyalı hakimlər briqadası idarə edəcək

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası ilə İtaliyanın “Roma” klubu arasında keçiriləcək oyunu portuqaliyalı hakimlər briqadası idarə edəcək.

FaktXəbər-in UEFA-nın saytına istinadla xəbər verir ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda oynanılacaq görüşün baş hakimi Artur Dias olacaq. Ona həmyerliləri - yan xətt hakimləri Rui Tavares və Paulo Soares kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bruno Rodriges yerinə yetirəcək. Matçın hakim-inspektoru Haim Yakov (İsrail), UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamovdur.

Bu qrupun digər oyununda “Atletiko Madrid” klubu “Çelsi”ni qəbul edəcək.

Məqalədə : Qarabağ komandası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
612

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1163
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 23:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru