Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Sentyabr

2017
13:38
945
`Windows`dan istifadə edənlərin nəzərinə!

"Cisco Talos"un mütəxəssisləri "Windows" əməliyyat sistemi ailəsinin optimallaşması və "təmizlənməsi" üçün nəzərdə tutulmuş məşhur "Ccleaner" tətbiqi ilə əlaqəli xoşagəlməz insident haqda xəbərdarlıq ediblər.

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən FaktXəbər-ə verilən məlumata görə, tədqiqatçıların məlumatlarına əsasən, naməlum xakerlər 15.08.2017-ci ildən 12.09.2017-ci ilədək tətbiqə nüfuz edərək "Floxif" troyanını yaymağa müvəffəq olublar. Mütəxəssislər bildirirlər ki, "CCleaner 5.33"-ün rəsmi versiyası ilə tanış olarkən tətbiqin şübhəli domen ilə əlaqələndiyini müşahidə ediblər. Məlum olub ki, buna yalnız 32 bitlik sistemdə inzibatçı uçot qeydi ilə işləyən "Floxif" troyanı məsuliyyət daşıyır. Troyan yoluxmuş kompüter haqqında (sistem haqqında informasiya, işə salınmış proseslər, şəbəkə qurğularının MAC ünvanları və s.) bütün məlumatları toplayır və onları hakerlərə məxsus serverə yollayır. Bununla da 2,27 milyon istifadəçinin şəxsi məlumatları hakerlərin əlinə keçib.

FaktXəbər-in məlumatına görə, bunun üçün kompüterin "Run" (Выполнить) sətrinə daxil olub (Start/Пуск düyməsində yerləşir) "regedit" yazmaq lazımdır. Daha sonra isə aşağıdakı ardıcıllığa baxmaq lazımdır:

1. HKEY_LOCAL_MACHINE

2. SOFTWARE

3. Piriform

4. Agomo.

Əgər bu reyesterdə "MUID" və "TCID" elementlərinin mövcudluğu varsa, onda bu, "Floxif" yoluxmasının əlamətidir.

Məqalədə : Windows 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru