Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

25 Sentyabr

2017
12:51
3216
Heç kimin görmədiyi 1 milyonluq sual - FOTO

Türkiyədə keçirilən "Kim Milyonçu Olmaq İstəyir" müsabiqəsində Qalatasaray Liseyinin tələbəsi Çağdaş İrfan Yıldırım maraqla gözlənən 1 milyonluq sual üçün yarışıb.

FaktXəbər-in məlumatına görə, Çağdaş İrfan Yıldırım müsabiqə tarixində maraqla gözlənən 1 milyonluq sualı görən ikinci şəxs olub. 

Bilik müsabiqəsinin mövsüm finalında Çağdaş İrfan Yıldırım, ""Bir qız mənə əmi dedi, neyləyim" sözü hansı xalq şairinə aiddir" sualına düzgün cavab verərək 1 milyonluq suala çatmışdı.

Müsabiqənin dünən yayımlanan xüsusi bölümündə 19 yaşlı Çağdaş İrfan Yıldırım maraqla gözlənən 1 milyonluq sualı gördükdən sonra cavab verməyərək çəkilib.

Sual bu cür idi: Qurani-Kərimdə bunlardan hansına and içilməyib?

A: Dəniz, B: Günəş, C: Arı, D: Qələm.

Suala cavab verməsə də, Çağdaş İrfan Yıldırım "C" variantı üzərində düşündüyünü deyib. Sualın doğru cavabı da məhz "C" - Arı olub. 

O, 1 milyonluq suala cavab vermədiyi üçün 250 min lirə qazanıb. Mükafatı təhsili üçün xərcləyəcəyini deyən Yıldırımın aldığı bu pul yarış tarixində ən yüksək məbləğ olub.

Məqalədə : Milyoner 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 19:37

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru