Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Sentyabr

2017
12:37
678
Rusiya və Pakistan birgə hərbi təlim keçirir

FaktXəbər-in verdiyi məlumata görə, Rusiya və Pakistan ordusu "Dostluq-2017" adlı hərbi təlimə başlayıb. 200 hərbçinin iştirak etdiyi təlim Qaraçay-Çərkəz Respublikası ərazisində dəniz səviyyəsindən təxminən 2,3 min metr yüksəklikdə Qafqaz sıra dağlarında keçirilir. 

Təlimdə Rusiyanı Cənub Hərbi Dairəsi Motoatıcı Briqadasının komandiri polkovnik Sergey Dmitriyev, Pakistanı isə briqada generalı Səid Ələmdar Hüseyn Şax təmsil edir. 

Təlimlər iki ölkənin hərbçilərinin dağlıq şəraitdə döyüş əməliyyatlarının aparılması üzrə tapşırıqların  yerinə yetirilməsi və xüsusən də silahlı birləşmələrin məhv edilməsindən ibarətdir. "Dostluq-2017" sentyabrın 24-dən oktyabrın 4-dək davam edəcək.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru