Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

25 Sentyabr

2017
12:36
2951
Azərbaycanda bu il payızın havası 20 gün ləngiyib

Azərbaycanda bu il sentyabr ayında havanın temperaturunun enməsi prosesi ləngiyib. Bunu Trend-ə özəl olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, hər il sentyabrda havanın temperaturunun aşağı düşməsi sentyabrın əvvəllərində baş verirdi: "Bu il isə bu proses təxminən 20 gün ləngidi. Havanın temperaturunun enməsi sentyabrın 20-dən sonra baş verdi".

M.Həsənov əlavə edib ki, bu il sentyabrın 20-dək olan dövrdə hər gün havanın orta temperaturu əvvəlki illərin sentyabr ayı üçün olan orta rəqəmlərə nisbətən 2-3 dərəcə yüksək qeydə alınıb.

Onun sözlərinə görə, ümumilikdə iqlim dəyişmələri ilə əlaqədar bu il sentyabr ayı iqlim normalarına nisibətən isti keçib.

Hazırkı havanın sentyabr üçün xarakterik olduğunu deyən M.Həsənov qeyd edib ki, sentyabrda cənub istiqamətindən gələn hava kütlələri üstünlük təşkil edib. Ona görə də cənub və cənub-şərq istiqamətli, yəni tropik hava kütlələrinin ərazidə müşahidə edilməsi daha uzunmüddətli olub:

“Bu səbəbdən havanın temperaturu normaya nisbətən 2-3 dərəcə yüksək qeydə alındı. Bütün bunlar iqlim dəyişmələrinin nəticəsidir. İndi isə şimal-qərb hava kütlələrinin daxil olması gözlənilir. Ona görə də bu hava sentyabr ayı üçün səciyyəvidir”.

Qeyd edək ki, sentyabrın 23-ü gündüzdən başlayaraq, ölkə ərazisində hava qeyri-sabit keçir. Sinoptiklərin verdiyi məlumata görə, sentyabrın 26-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirmişdi ki, Azərbaycanda 2003-cü ildən sonra ilk dəfə olaraq, bu ilin sentyabr ayında uzun müddətli isti hava şəraiti müşahidə edilib. Sonuncu dəfə Bakıda 2003-cü ilin sentyabr ayının ilk ongünlüyündə uzun müddətli isti hava şəraiti müşahidə edilib: “Bu il isə sentyabrda daha uzun müddətli istilər müşahidə edilir. Yalnız sentyabrın 7-8-də qeyri-sabit hava şəraiti müşahidə edilib. Həmin günlər istisna olmaqla, qalan günlərdə hava isti keçib. Bundan əlavə, havada rütubətin miqdarının da 2003-cü ilə nisbətən normadan daha artıq olması istilik effektini həmin illə müqayisədə artırıb”.

Məqalədə : payız 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu 4 restoran bağlana bilər - ADLARI

22

Aprel
15:26
ÖLKƏ
388

Piylənmənin yaddaşı niyə pozduğu məlum olub

22

Aprel
15:03
AİLƏ, SAĞLAMLIQ
494

Günün qarşılaşmaları TV AFİŞA

22

Aprel
14:14
İDMAN
52
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-04-2019 16:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru