Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2017
11:19
“Turizm həftəsi` ilə bağlı muzeylərə giriş pulsuz olacaq

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr  Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftəsi” elan edir.

İdarədən verilən məlumata görə, 25-29 sentyabrda keçiriləcək “Turizm həftəsi” çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədi ilə “Ümid Yeri” uşaq sığınacağının sakinləri üçün ekskursiyalar nəzərdə tutulub.

Ekskursiyalar 25 sentyabr, saat 12:00-da Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, 26 sentyabr, saat 12:00-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, 27 sentyabr, saat 15:00–da Milli Azərbaycan Tarixi Muzeyinə, 28 sentyabr saat, 15:00-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə, 29 sentyabr, saat 15:00-da Heydər Əliyev Mərkəzinə təşkil ediləcək.

Həmçinin, Baş İdarənin 27 sentyabr  Beynəlxalq Turizm günü ilə əlaqədar tədbirlər planına əsasən şəbəkəsinə daxil olan müəssisələrdə (kitabxanalar, mədəniyyət evləri və klublar, muzeylər, uşaq musiqi və incəsənət məktəbləri) müxtəlif sərgilər, söhbətlər, dəyirmi masalar, ekskursiyalar, “Açıq qapı” günləri təşkil olunacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 00:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com