Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

23 Sentyabr

2017
13:49
3279
`28 May`da bədbəxt hadisə - Küçədə öldü - FOTO

Bu gün “28 May” metrostansiyasının qarşısında bədbəxt hadisə baş verib. Hadisə şahidləri bildirib ki, yaşlı bir kişi yıxılaraq dünyasını dəyişib. Ətrafdakı insanların ilkin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Nəsimi Rayon Polis idarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, meyitin şəxsiyyəti hələ ki, məlum deyil, bu istiqamətdə işlər aparılır.

***

Ölən şəxsin kimliyi müəyyənləşdirilib. O, 1951-ci il təvəllüdlü Bakı şəhər sakini Babayev Fikrət Məmməd oğludur. 

***

Hadisə şahidləri F. Babayevin infarkt keçirdiyini bildirib. Şəxsin ölümüylə bağlı ailəsinə xəbər verilib.(Qafqazinfo)

Məqalədə : 28 may 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 14:25

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru