Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Sentyabr

2017
16:50
726
Bakıda qaydaları pozan piyadalara qarşı reyd keçirilib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən paytaxt Bakıda, o cümlədən hərəkətin intensiv olduğu digər şəhər və rayonlarda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, bu istiqamətdə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu Hüseyn Cavid prospekti və A.M.Şərifzadə küçəsində yeraltı və yerüstü keçidlərdən istifadə etməyən, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi məqsədi ilə növbəti reyd təşkil olunub.

Reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.

Polis əməkdaşlarının etdikləri xəbərdarlıqlara baxmayaq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər isə saxlanılaraq barələrində inzibati protokol tərtib edilərək cərimələnib.

Qeyd edək ki, piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmini, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədi ilə bu cür tədbirlər davam etdiriləcək.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru