Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2017
16:09
KFC adına utancverici görüntülər - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, məşhur KFC "Fast-food" şəbəkəsi ilə bağlı qalmqallı görüntülər yayılıb. Belə ki, tez hazırlana bilən yemək növünün ABŞ-dakı filiallarının birində köhnə və xarab olmuş ərzaqların yenidən hazırlanaraq müştərilərə verilməsi üzə çıxıb. 

"DailyMail" tərəfindən "YouTube"yə yerləşdirilən və 5 milyon insan tərəfindən baxılan görüntülərdə çirkli çəlləklərin yenidən istifadə olunduğu, vaxtı keçmiş ərzaqların dondurulduğu və sonrakı gün müştərilərə verildiyi deyilir. KFC əməkdaşlarından biri toyuqları iyləyərək onların xaraba olduğunu bildirir.

Qeyd edək ki, bir müddət əvvəl ATV telekanalında yayımlanan "Yoxlama" verilişi də KFC-nin Bakıdakı filialında olmuşdu. Lakin çəkiliş heyətinə restoranın mətbəxinə daxil olmağa icazə verilməmişdi. Əvvəlcə çəkiliş heyətindən sağlamlıq kağızı istəyən restoranın ərazi üzrə meneceri onlara təqdim edilən sənədlərin özəl klinikadan verilməsini əsas gətirərək mətbəxə daxil olmaqlarına şərait yaratmamışdı.



Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : KFC 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 04:51



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com