Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

22 Sentyabr

2017
14:22
2763
`AAAF Park`ın rəhbəri həbs edilib? - Faktxəbər araşdırdı

“AAAF Park” yaşayış kompleksinin rəhbəri Tofiq Heydərov Kosovonun paytaxtı Priştina şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyinə yollanıb”. Bunu “Report”a “AAAF Park”ın mətbuat katibi Kənan Məstəliyev deyib.

O bildirib ki, bu gün “AAAF Park” yaşayış komleksinə Ədliyyə Nazirliyinin Abşeron İcra Şöbəsinin icraçıları gəliblər: “Onlar inventarizasiya apardılar və bu proses bir saatadək çəkdi. Bütün əmlakımızı siyahıya aldıqdan sonra getdilər. Hazırda biz öz işimizlə məşğuluq”.

15:20

****

FaktXəbər-in verdiyi məlumata görə, "AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edilməsi barədə mediada məlumat yayılıb.

Məlumatda bildirilir ki, prokurorluq əməkdaşları “AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Hazırda “AAAF Park” ərazisində axtarışlar aparılır.

Əldə etdiyimiz məlumata görə, yoxlamanı prokurorluq orqanları yox, Vergilər Nazirliyi həyata keçirir. 

Məsələ ilə bağlı AAAF rəhbərliyindəki təmsil olunan şəxsin FaktXəbərə verdiyi məlumata görə, hazırda ərazidə prokurorluq əməkdaşları araşdırma aparır. Tofiq bəyin həbs olunması xəbəri isə həqiqətləri əks etdirmir. O, hazırda Türkiyədə işgüzar səfərdədir.

Qeyd edək ki, Tofiq Heydərov, eyni zamanda ağır atletika yığma komandasının baş məşqçisidir. O, bir müddət Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti postunda da çalışıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 14:24

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru