Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

22 Sentyabr

2017
12:20
1119
Bu il Azərbaycanda 7 nəfərə sümük iliyi köçürülüb

Bu ilin 7 ayı ərzində Respublika Talassemiya Mərkəzində 8 xəstəyə sümük iliyi köçürülüb.

Bunu Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov bildirib.

H.Bağırov vurğulayıb ki, ilin sonuna kimi daha 7 xəstə üzərində sümük iliyinin köçürülməsi planlaşdırılır. Onun sözlərinə görə, vaxtilə bu əməliyyatın icrası üçün digər ölkələrə müraciət edilirdisə, bu gün artıq ölkədə uğurla icra edilir.

Baş cərrah qeyd edib ki, bütün sahələrdə olduğu kimi cərrahiyyə sahəsində də bəzi hallarda müəyyən fəsadlar əmələ gəlir: “Lakin tək-tək fəsadları bütövlükdə səhiyyəyə şamil edilməli deyil. Təbii ki, bizdə belə halların baş verməsini istəmirik. Amma bu hallar həkimlərlə bərabər insanların da müəyyən günahı ucbatından baş verir.   

Məsələn, daimi yaşayış yeri Cəlilabadda olan, Sumqayıtda yaşayan qadın doğuş zamanı Bakının hər hansı bir klinikasının ginekoloji şöbəsinə gətirilir. Orada müəyyən fəsadlar əmələ gəlir. Təbii ki, fəsadların olması qəbul edilmir və həkimlər bütün lazımi yardımı göstərməlidir. Amma nəzərə almaq lazımdır ki, həmin qadın  perinatal dövrü keçməyib, nəzarətdə olmayıb. Doğuş vaxtı gələndə müəyyən problemlər olduqda burada həkimlər günahlandırılır. Bütün cərrahi patologiyalar sonradan müzakirə edilir, bunun səbəbləri araşdırılır, həkim səhvi olduqda onlar cəzalandırılır”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 17:56

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru