Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2017
10:51
İcra Hakimiyyətinə məxsus avtomobil qəzaya düşüb, xəsarət alan var

Mingəçevir şəhərində bir qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə 20 yanvar küçəsinin Heydər Əliyev prospekti ilə kəsişmə nöqtəsinə yaxın ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” və “Mitsubishi” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Mitsubishi”də olan mingəçevirli qadın Ağayeva Diliş Mehman qızı ağır xəsarət alıb. Yaralı taksi ilə şəhər xəstəxanasına çatdırılıb.

”Report”un əldə etdiyi məlumata görə, qəza törədən “66 AA 155” dövlət qeydiyyat nişanlı “Mercedes” Yevlax rayon İcra Hakimiyyətinə məxsus xidməti avtomobildir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qəza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 04:39



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com