Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Sentyabr

2017
08:02
1005
Bu gündən Məhərrəm ayı başlayır
Aşura oktyabrın 1-nə, İmam Hüseyinin (ə) qırxı isə noyabrın 9-na düşür

Bu gündən Məhərrəm ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasından FaktXəbər-ə verilən məlumata görə, yeni Hicri 1439-cu ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir. Bu il Aşura günü oktyabrın 1-nə təsadüf edəcək.

Oktyabrın 21-dən isə Səfər ayı başlayacaq. İmam Hüseyinin şəhadətinin qırxıncı günü noyabrın 9-na düşür. Səfər ayı miladi təqvimi ilə noyabrın 19-da başa çatacaq.

Mövcud qanunvericiliyə əsasən, əza məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməli və ictimai asayişə mane olmamalıdır. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. "Əzadarlar dinimizin təyin etdiyi əxlaqi çərçivələrə riayət etməlidirlər. Belə ki, qurşağadək soyunub zəncir və sinə vurmaqla bədənə xəsarət yetirmək, qan çıxarmaq  müqəddəs şəriətimizə və İslam əxlaqına uyğun deyil. Allah rizayəti üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər bu tövsiyələrə əməl etməlidirlər", deyə QMİ-nin fətvasında bildirilir.   

Son illər Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən  qanvermə aksiyası xalqımız tərəfindən xüsusi təqdir edilir. Bu baxımdan, Kərbəla şəhidlərinin və Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir.

QMİ Əhli Beytin hər iki məzhəb üçün əziz olduğunu nəzərə alaraq Azərbaycanda yaşayan hər iki məzhəb ardıcıllarına İslami həmrəylik nümayiş etdirərək İmam Hüseyn (ə) mərasimlərində dini dəyərlərə uyğun olaraq birgə iştirak etmələrini tövsiyə edir", deyə QMİ-nin fətvasında qeyd edilir. 

Məqalədə : Məhərrəm 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru