Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Sentyabr

2017
21:10
759
Azərbaycanlı zəvvarlar heç bir problem yaşamayıb - AÇIQLAMA

Artıq Həcc ziyarəti başa çatıb.  Bu il Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sayı kvotadan artıq olub. Belə ki, Həccə nəzərdə tutulan kvotadan 300 nəfər artıq zəvvar yola düşüb (900 nəfər).

Maraqlıdır, zəvvarlar Həcc ziyarətini necə başa vurublar?

Qafqaz Müsəlmanlar İdarəsinin Həcc şöbəsindən FaktXəbər-ə verilən məlumata görə, bu il Həcc ziyarətində heç bir problem yaşanmayıb:

“Bilirsiniz ki, bu il Azərbaycandan Həcc ziyarətinə gedən ilk zəvvar qrupu avqustun 24-də, növbəti qruplar isə avqustun 25-26-da yola düşdü. Zəvvarların qayıdışı sentyabrın 12-si, 13-ü və 14-nə nəzərdə tutulmuşdu.  Həcc ziyarəti normal başa çatdı.  Zəvvarların səhhətində heç bir ciddi problem olmayıb və ziyarət bütün qaydalara uyğun həyata keçirilib”.

Xatırladaq ki, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gediblər. Uçuşları AZAL həyata keçirib.  Eyni zamanda Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız Qafqaz Müsəlmanları İdarəsidir. 

Məqalədə : həcc zəvvar 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru