Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

21 Sentyabr

2017
17:14
980
Yevlaxda məktəbli partlamamış top mərmisi tapıb

Yevlax rayonunda məktəbdən evə gələn şagird yolda partlamamış mərmi tapıb.

Hərbi sursat hazırda işlək olmayan yun zavodunun həyətinin yaxınlığında aşkarlanıb. Məktəbli dərhal atası Qulu Quluyevə məlumat verib. 

Q.Quluyev adiyyatı qurumları məlumatlandırıb.

Hadisə yerinə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndələri baxış keçirib. Mütəxəssislər sakinlərin aşkarladığı yad cisimin 115 mm-lik top mərmisi olduğunu müəyyən ediblər. Hərbi sursat zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

Qeyd edək ki, ərazidə Ağdamdan məcburi köçkün olan 7 ailə məskunlaşıb. Sakinlərin sözlərinə görə, mərmi tapılan ərazidə yüksək gərginlikli elektirik xəttləri keçdiyindən mərminin partlaması daha böyük təhlükəyə səbəb ola bilərdi.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2018 03:28

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru