Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

21 Sentyabr

2017
16:54
4036
Nazirlik Gürcüstanda yaşayan azərbaycanlılara 11 mindən çox dərslik göndərdi

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunması istiqamətində tədbirlərini davam etdirir.

Nazirlik 2017-2018-ci tədris ili üçün Gürcüstandakı azərbaycandilli məktəblərə 11 adda 11 500 ədəd Azərbaycan dili və ədəbiyyat kitabları, eləcə də, müəllimlər üçün metodik vəsait göndərib. 

Bu vəsaitlər sentyabrın 21-də Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəçiliyi ilə bu ölkənin Elm və Təhsil Nazirliyinə təhvil verilib və həmin dərsliklər Gürcüstanın Elm və Təhsil Nazirliyi tərəfindən azərbaycandilli məktəblərə paylanacaq.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin humanitar və mədəniyyət məsələri üzrə attaşesi Samitə Ağayeva, Gürcüstanın Elm və Təhsil Nazirliyinin əməkdaşları - Qoorqi Qurqenidze, Nana Qilasonia iştirak ediblər.

Bildirilib ki, Azərbaycanın Təhsil Nazirliyi bu günədək Gürcüstandakı soydaşlarımıza 85 minə yaxın dərslik və metodik vəsait göndərib. Bu kitablar soydaşlarımızın Azərbaycanın dili, ədəbiyyatı, tarixi və mədəniyyəti haqqında biliklərinin artırılmasında mühüm rol oynayır.

Kitablar bir neçə günə məktəblər üzrə paylanacaq.

Səfir Dursun Həsənov jurnalistlərə müsahibəsində deyib ki, bu ənənənin təməli 1994-cü ildən qoyulub. Bu gün prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Azərbaycanın dövlət başçısı bu ölkədə yaşayan soydaşlarımızı daim diqqətdə saxlayır. Yeni dərsliklərin sayının artması bunu bir daha sübut edir./Report

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubov ABŞ səfirini qəbul edib

25

Aprel
21:45
HÜQUQ,HADİSƏ
62

Azərbaycan Uruqvaya nota verib

25

Aprel
20:30
SİYASƏT
68

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
95

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
1001

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1370
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 06:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru