Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Sentyabr

2017
15:08
825
Əsgərliyə möhlət hüququ veriləndən sonra magistraturaya qəbul 74 faiz artıb

Azərbaycanda hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə əlaqədar olaraq ötən illə müqayisədə bu il magistraturaya qəbul olunan oğlanların sayı 73,9% artıb.

Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib. Onun sözlərinə görə, 2016 və 2017-ci illərdə ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilən qəbul imtahanları üzrə imtahan nəticələrində müsbət dinamika müşahidə edilib.

Y.Piriyev qeyd edib ki, magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3% artıb: “Ötən illə müqayisədə sənəd verib, imtahana gəlməyənlərin sayı 15 dəfə azalıb. Magistraturaya sənəd verənlərin sayının azalmasının əsas səbəbləri arasında imtahanlar ödənişli olduğundan təsadüfi sənəd verənlərin kəskin azalması və yalnız gələcəkdə magistratura səviyyəsində təhsil almaq istəyənlərin sənəd verməsi yer alıb”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru