Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

21 Sentyabr

2017
12:03
1698
Məhərrəmliklə bağlı tövsiyə verildi

Sabahdan Azərbaycanda Məhərrəm ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası artıq Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Hicri-qəməri təqvimi ilə 1438-ci il başa çatır. Yeni Hicri 1439-cu ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabrın 22-nə təsadüf edir.

Bu il Aşura günü oktyabrın 1-nə təsadüf edəcək. 

Cəmiyyətdə bir qism insanlar var ki, Məhərrəm ayı da daxil olmaqla digər günlərdə  azanın səsgücləndirici ilə ucadan səsləndirilməsinin onlara narahatlıq yaratdığını iddia edirlər. Hətta son günlər sosial şəbəkələrdə buna dair müzakirələr açan bəzi ateistyönümlülər azan səsi əleyhinə kəskin fikirlər yazır, inanclı kəsimdən olanlarla mübahisər edirlər.

O zaman Azərbaycanda azanın səsgücləndirici ilə səsləndirilməsi qadağan oluna bilərmi? Məhərrəmlik ayında hər hansı tövsiyələr olacaqmı?

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli Modern.az-a açıqlamasında  belə halın qeyri- mümkün olduğunu deyib.

“Azərbaycanda azanın ucadan səsləndirilməsinə hər hansı qadağa yoxdu. Azan verilən zaman səs elə tənzimlənməlidir ki, insanları narahat etməsin. Eyni zamanda, azanın səsinin həddindən artıq gur verilməsi də düzgün deyil. Azan səsi uzun müddət davam etmir. Ona görə də azanın insanları narahat etməsi məsələsindən söhbət gedə bilməz. Azan bir növ insanları namaza çağırır. Azanın səslənməsi ilə bağlı Azərbaycanda hər hansı məhdudiyyət yoxdu”.

Hacı Şahin Məhərrəmlik ayında müəyyən qaydalara əməl olunmasının zəruriliyini diqqətə çatdırıb.

“Bir neçə gün bundan əvvəl Məhərrəm ayının gəlişi ilə bağlı QMİ-də tədbir təşkil olunmuşdu. Tədbirdə  gecə saat 12-dən sonra mərsiyələrin səsinin ucadan verilməsi məsələsi qaldırıldı. Diqqətə çatdırıldı ki, Məhərrəm ayında insanların narahatlığına səbəb olan hallara yol verilməsin. Gecə saat 12-dən sonra mərsiyələr ucadan səslənməsin. Əsasən bəzi  rayonlarda belə hallar müşahidə olunur ki, bu da hal doğru deyil. Ona görə də uca səs insanları narahat etməsin deyə, bu cür mərsiyələrin məscidin daxilində səsələndirilməsi tövsiyə edildi”.

Məqalədə : Məhərrəm ayı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 00:36

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru