Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Sentyabr

2017
22:04
933
Azərbaycanlı tələbələr Xarici İşlər Nazirliyinin binası qarşısında etirazlarını bildiriblər

Azərbaycan Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşan bir qrup tələbə etirazını bildirib. 

70-ə yaxın tələbə İtaliyada təhsil almaq üçün tələb olunan sənədləri bu ölkənin Azərbaycandakı səfirliyinin Konsulluq xidmətinə təqdim etsələr də, hələ də viza ala bilmədiklərindən şikayətçi olduqlarını vurğulayıblar.

Tələbələr səfirliyə müraciət edənlərə viza verilməsindən imtina olunduğunu söyləyiblər. 

Bundan sonra bir qrup tələbə tələblərinin dinlənilməsi üçün Xarici İşlər Nazirliyinə dəvət olunub.

Xatırladaq ki, bundan əvvəl İtaliya səfirliyi viza tələblərinə tam cavab verən sorğuları araşdırdığını qeyd etmişdi.

Səfirlikdən bildirmişdilər ki, cavab gözləyən tələbələrlə yaxın günlərdə və ya həftələrdə əlaqə saxlanılacaq". (Report)

Məqalədə : XİN İtaliya tələbə etiraz 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru