Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Sentyabr

2017
15:52
1977
Nazir saxlanmaya qoyulmuş hərbi texnikaların döyüşə hazırlıq səviyyəsini yoxlayıb - FOTO

Müdafiə Nazirliyinin rəhbərliyi döyüş əməliyyatları vaxtı qısa zamanda açılaraq tətbiq olunması üçün nəzərdə tutulmuş birlik və birləşmələrin səfərbərlik ehtiyatlarının hazırlıq səviyyəsini yoxlayıb.

FaktXəbər-in məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı təlimlərdə iştirak edən qoşunların komplektləşdirilməsi, döyüş uzlaşması, ştat quruluşu və döyüş imkanları barədə müxtəlif səviyyəli komandirlərin məruzələrini dinləyib.

Ehtimal olunan müharibə dövrü də diqqətə alınmaqla səfərbərlik üçün nəzərdə tutulmuş müxtəlif hərbi hissələrin saxlanclarında qorunan döyüş texnikaları, artilleriya qurğuları, eləcə də eşalonlaşdırılmış ehtiyat sursat, mərmilər və digər maddi-texniki vəsaitlərin anbarlarına baxış keçirilib.

Nazir saxlanmaya qoyulmuş hərbi texnikaların döyüşə hazırlıq səviyyəsini, onların imkanları və effektiv istifadəsini yoxlayıb.

General-polkovnik Z.Həsənov həmçinin təlimlərdə iştirak etmək üçün ehtiyatdan çağırılan şəxsi heyətin, texnikaların qəbulu və komplektləşdirilməsi məntəqələrinin fəaliyyəti ilə tanış olub, müvafiq vəzifəli şəxslərin məruzələrini dinləyib və tapşırıqlarını verib.

Müdafiə naziri şəxsi heyətin hazırlığını, təşkilat və idarəetmə bacarığını, eləcə də səfərbərlik üçün nəzərdə tutulmuş və qısa müddətli saxlanmaya qoyulan döyüş  texnikası, silah sursatların texniki vəziyyətini yüksək qiymətləndirib.

Məqalədə : Tank 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru