Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Sentyabr

2017
15:20
726
Deputatların etik davranışı ilə bağlı qanun geri qaytarıldı

Bu gün Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Komitə üzvü deputat Vüsal Hüseynov bildirib ki, yeni qəbul olunmuş “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanundan irəli gələrək parlamentin daxili Nizamnaməsinə və digər qanunverici sənədlərə əlavə və dəyişikliklər iclasda müzakirəyə çıxarılıb. Deputat qeyd edib ki, iclasda layihənin yenidən işlənməsi üçün İşçi qrupuna qaytarılması barədə qərar qəbul edilib, bu səbəbdən plenar iclasa tövsiyə olunmayıb: “Buna səbəb deputatların bir sıra yeni təkliflərlə çıxış etməsidir. Güman edirəm, yaxın həftələrin birində tam hazır olan layihə yenidən komitədə müzakirəyə çıxarılacaq”.

Komitə iclasında “Dövlət qulluğu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə və bəzi sənədlərə dəyişikliklər qəbul edilərək plenar iclasa tövsiyə olunub. 

Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun Milli Məclisdə ötən sessiya qəbul olunub və avqustun 7-də Azərbaycan Prezidenti tərəfindən təsdiqlənib.

Məqalədə : Deputatların qanunu 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru