`Nazim İbrahimovun mənə 159 min borcu var` - Federasiyada nə baş verir?

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2017
12:11
2521
`Nazim İbrahimovun mənə 159 min borcu var` - Federasiyada nə baş verir?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının yeni prezidenti müəyyənləşəcək. Saat 15:00-da başlayacaq konfransda yeganə namizəd Təhsil Naziri, Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarovdur.  

Federasiyanın vitse-prezidenti Yaşar Məmmədov baş verənlərlə bağlı “Qafqazinfo”ya açıqlama verib. O, bir ay öncə federasiyada keçirilən seçkilərdən, Nazim İbrahimovun seçilməsindən və  istefasından danışıb.

Məmmədov həmçinin özünün də vitse-prezident postundan göndərilməsi xəbərlərinə münasibət bildirib:

“Məni heç kim ordan çıxara bilməz. Necə olurdu ki, avqustun 17-si keçirilən seçkilərdə bir dənə də olsun idmançı, məşqçi iştirak etmir.

Mənim yerimə Ramin Məmmədovu seçmişdi. Hansı ki, o, federasiyadan qovulub. Oktay Şahverdiyevi isə baş məşqçi qoyublar, heç bir tələbəsi yoxdur, hansısa məktəbdə komendant işləyib. Nazim İbrahimov 28 ay idi ki, idmançılara maaş vermirdi. Onun 26 ayını cibimdən vermişəm. Bu adamın mənə 159 min manat borcu var. Onu verməmək üçün, guya, məni vəzifədən çıxarıb. Amma rəsmi deyildi bu. Heç kim o iclasda iştirak etməmişdi.

Nazim İbrahimovu 2007-ci ildən federasiyaya seçmişdik. 3 il yaxşı işlər gördü. 2010-cu ildən isə bir dəfə də olsun zala ayaq basmayıb. Demişdilər ki, ölkədə hər rayonda zal açacağıq. Amma lazım olan zalı təmir etmədilər. 3 ildir ki, komanda yarışa getmir, 2 ildən çoxdur maaş almır"

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 16:59



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com