Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Sentyabr

2017
17:35
702
Beş maliyyə qurumu `Bank Ombudsmanı` ilə razılığa gəlib

Dörd bank və bir bank olmayan kredit təşkilatı (BOKT) "Bank Ombudsmanı" ilə müqavilə imzalayıb.

FaktXəbər-in məlumatına görə, Bank Ombudsmanı"nın məsul katibi Elçin Həsənov AZƏRTAC-a bildirib ki, "Kapital Bank" ASC, "AFB Bank" ASC, "Paşa Bank" ASC, "AtaBank" ASC və "Aqrarkredit" BOKT da müraciətlərə "Bank Ombudsmanı" tərəfindən baxılması üçün razılıq vermək haqqında bəyannaməni imzalayıblar.

Onun sözlərinə görə, banklarla əvvəlcədən bu məsələ ətrafında danışıqlar aparılırdı və banklarda fəaliyyət göstərən hüquqşünaslar bəyannamə ilə daha yaxından tanış olmaq üçün vaxt istədiklərini bildiriblər.

E.Həsənov bankların "Bank Ombudsmanı" ilə razılığa gəlmələrində təbliğatın da böyük rolunun olduğunu qeyd edib. Belə ki, "Bank Ombudsmanı"nın saytının fəaliyyətə başlaması, bu barədə televiziyalarda xəbərlərin, verilişlərin efirə getməsi ictimaiyyəti və eləcə də bankları bu qurumla daha yaxından maraqlanmağa sövq edib.

Qurumun məsul katibi bildirib ki, "Bank Ombudsmanı" ilə bəyannamə imzalayan bankların sayında yenə də artım gözlənilir.

Hazırda 23 bank və 1 bank olmayan kredit təşkilatının (BOKT) "Bank Ombudsmanı" ilə müqaviləsi var.

Qeyd edək ki, "Bank Ombudsmanı"nın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) ümumi yığıncağının aprelin 3-də keçirilən iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda "Bank Ombudsmanı"nın əsasnaməsi və reqlamenti təsdiq olunub.

Məqalədə : maliyyə ombudsmanı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru