Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Sentyabr

2017
15:48
903
`Rusiyada Azərbaycana təzyiq etməyin tərəfdarı olan qrup güclüdür`
Elxan Şahinoğlu: "Ermənistanı silahlandırırlar sonra da konfransda bizimkilərə sual edirlər ki, "niyə Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmur?""

Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə məhkəmə qərarını qüvvədə saxlayıb.

FaktXəbər-in məlumatına görə, məsələ ilə əlaqədar açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Ümumrusiya Azərbaycan Konqresinin ləğvi barədə qərarın yuxarı instansiyada təsdiq olunmayacağına müəyyən ümidlər var idi:

"Amma belə olmadı və Bakıda bəzilərinin ümidi puça çıxdı. Bu o deməkdir ki, Rusiyanın hakim dairələrində Azərbaycana təzyiq etməyin tərəfdarı olan qrup güclüdür. Halbuki, bir neçə gün əvvəl Rusiyanın paytaxtında “Moskva-Bakı oxu - Qafqazın yeni geosiyasətinə doğru” adlı konfransda Ümumrusiya Azərbaycan Konqresinin ləğvinin doğru qərar olmadığı rusiyalı rəsmilərin və deputatların diqqətinə çatdırılmışdı. Həmin konfransda rusiyalı siyasətçilər və ekspertlər Azərbaycanın Rusiyanın orbiti ətrafında fəaliyyət göstərməsinin vacibliyinə eyham vurmuşdular.

Konqresin qeydiyyatını ləğv edirlər və işğalçı Ermənistanı silahlandırırlar sonra da konfransda bizimkilərə sual edirlər ki, ”niyə Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmur?” Rusiyanın Azərbaycandakı ”5-ci kolonunun” ölkədə daxili gərginliyi artırmaq və Qərblə münasibətlərə kölgə salmaq üçün eləmədiyi pislik qalmayıb, bircə xozeyinlərinə deyə bilmirlər ki, bəs axı sən də Azərbaycan-Rusiya münasibətlərini korlayırsan və beləcə bizim də ”işimizi” çətinləşdirirsən."

Xatırladaq ki, mayın 15-də Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv edib. Buna səbəb kimi Azərbaycan diaspor təşkilatının Rusiya qanunvericiliyini pozması göstərilib. ÜAK bu qərardan apellyasiya şikayəti verib.

Məqalədə : Elxan Şahinoğlu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru