Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Sentyabr

2017
15:14
795
Azərbaycan-Çexiya futbol matçının biletləri satışa çıxarılıb

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda oynanılacaq Azərbaycan-Çexiya matçının biletləri satışa çıxarılıb.

AFFA-dan FaktXəbər-ə bildirilib ki, qarşılaşma oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Azarkeşlər biletləri “ASAN xidmət” mərkəzləri, Heydər Əliyev Sarayının kassası, “28 Mall”, “Gənclik Mall”, “Park Bulvar” alış-veriş mərkəzləri, Üzeyir Hacıbəyov küçəsi 69x, Həsən Əliyev küçəsi 36, Nobel prospekti 23, “AMAY” ticarət mərkəzinin ikinci mərtəbəsindən, Abbas Mirzə Şərifzadə küçəsi 157, Sülh küçəsi 197, Bül-Bül prospekti 35 ünvanından və “iTicket” köşklərindən əldə edə bilərlər.

Biletlərin qiyməti:

VIP – 50 AZN

1-ci kateqoriya – 6 AZN

2-ci kateqoriya – 3 AZN

3-cü kateqoriya – 1 AZN

Məqalədə : Azərbaycan millisi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru