Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Sentyabr

2017
21:40
840
Tələbələrin köçürülməsinin nəticələri açıqlanıb

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlumdur.

Təhsil Nazirliyindən FaktXəbər-ə bildiriblər ki, bu il transfer.edu.az portalı vasitəsilə 805 tələbə yerli, 21 tələbə isə xarici universitetlərdən köçürülüb. Həmçinin orta-ixtisas təhsili müəssisəsində təhsil alan 107 nəfər, magistratura səviyyəsində təhsil alan dörd tələbə də bu portalın imkanlarından faydalanıb.

Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə istifadəyə verilib.

Qeyd edək ki, tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar” bu il daha da təkmilləşdirilib.

Məqalədə : tələbə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru