Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

18 Sentyabr

2017
21:21
1281
Komitə: `Məhərrəmliklə bağlı tədbirlər qanunlara uyğun şəkildə keçirilməlidir`

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qazısının təşkilatçılığı ilə Lənkəran şəhər “Cümə” məscidində Məhərrəmlik ayına həsr edilmiş tədbir keçirilib.

Tədbirdə çıxış edən QMİ-nin qazısı Qəni Axundzadə İslamın elm, mədəniyyət dini olduğunu, həmiçinin dünyəvi dəyərləri özündə ehtiva etdiyini bildirib. Q.Axundzadə Məhərrəmlik tədbirlərinin QMİ-nin fətvasına uyğun şəkildə, xurafata yol vermədən keçirilməsininin vacibliyini vurğulayıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov dövlət-din münasibətlərindən bəhs edərək ölkəmizdə tolerant və multikultural dəyərlərin tarixi köklərinin olduğunu, dözümlülük və dini tolerantlığın həyat tərzimizə çevrildiyini vurğulayıb. /(Report)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 17:19

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru