Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Sentyabr

2017
21:10
891
Məşhur futbolçu Ueyn Runi küçə süpürəcək

“Everton” klubunun hücumçusu, İngiltərə yığmasının sabiq kapitanı Ueyn Runi məhkəmə qarşısında dayanıb və avtomobili sərxoş vəziyyətdə idarə etdiyini etiraf edib.

FaktXəbər-in BBC-yə istinadən verdiyi məlumata görə, polis Runinin avtomobilini Uilmslouda sentyabrın 1-i səhəri saxlayıb və o, həbs olunub. Onun qanında alkoqolun miqdarının yol verilən normadan təxminən üç dəfə çox olduğu aşkarlanıb. Məhkəmənin qərarı ilə 31 yaşlı futbolçu iki il müddətinə sürücülük hüququndan məhrum olunub və 12 ay ərzində 100 saatlıq ictimai işlərə məhkum edilib. Bundan başqa, o, 170 funt-sterlinq məbləğində cərimə də ödəməlidir.

İdmançı məhkəmə dinləmələrindən sonra verdiyi bəyanatda ağılsız hərəkətinə - yol hərəkəti qaydalarını pozduğuna görə azarkeşlərindən üzr istəyib. “Təbii ki, mən hökmlə razıyam və öz təqsirimi ictimai işlərdə iştirakımla yuya biləcəyimə ümidvaram”, - Runi bəyanatında belə deyib.

Xatırladaq ki, Ueyn Runi İngiltərə yığmasının heyətində vurduğu qolların sayına görə rekordçudur. O, 17 milyon funt-sterlinq (21 milyon dollar) illik gəliri ilə dünyanın ən çox qazanan futbolçularının ilk beşliyində yer alır. 2013-cü ildə Runu İngiltərənin ən varlı futbolçusu hesab edilmişdi.

Məqalədə : Runi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru