Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Sentyabr

2017
16:35
990
Yeni yaradılan İslam kollecləri bu il tələbə qəbulu apara bilməyib

Azərbaycanda yeni yaradılan İslam kolleclərinə bu tədris ilində tələbə qəbulunun aparılması mümkün olmayacaq. Yeni kolleclərin binası, pedaqoji kollektivi hələ ki, tam formalaşmayıb. Qəbulun aparılması üçün tələbələrə təhsil üçün şərait yaradılmalıdır. Bu il sadəcə əvvəlki 3 İslam kollecinə tələbə qəbulu aparılır.

Hazırda İlahiyyat məscidində təmir işləri aparılır və Bibiheybət İslam Kollecinin bu məscidin nəzdində formalaşması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə mart ayında 8 İslam kolleci yaradılıb. Bunlar Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci, Bibiheybət İslam Kolleci və Naxçıvan İslam Kollecidir.

QMİ-nin bu zamana qədər fəaliyyət göstərən üç dini mədrəsəsi var idi. Onlar Zaqatalanın Əliabad qəsəbəsində, Şəki və Bakı şəhərlərində fəaliyyət göstərir. Həmin mədrəsələrə də kollec statusu verilib.(Report)

Məqalədə : İslam kollecləri 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru