Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

18 Sentyabr

2017
11:59
1056
“Azadlıq” qəzetinin müxbirinə hökm oxunub - 9 il

Şəki Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllının məhkəmə prosesi başa çatıb.

Hakim Rəşid Hüseynovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, E. İsmayıllı 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı E. İsmayıllıya 10 il həbs istəmişdi.

Elçin İsmayıllı bu il fevralın 17-də İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.

E.İsmayıllı ittiham üzrə özünü təqsirli bilməyib. Saxlanılarkən üzərində olan 1000 manatı tanığı Azər Abbasovdan borc aldığını deyib.

Onun  barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Məqalədə : Azadlıq qəzeti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2017 17:59

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru