Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

18 Sentyabr

2017
11:58
3417
Həbsdə olan İŞİD üzvü: `Mosul əməliyyatlarında Amerika aviasiyası bizə çox kömək oldu`

"Amerika ikili oyun oynayır. Həm iraqlılara, həm İŞİD-çilərə kömək edir". FaktXeber.com-un məlumatına görə, bu barədə İraq həbsxanasında olan çeçen əsilli İŞİD üzvünün videomüraciətindən məlum olub.

Terrorçu Həsən Tahirovun sözlərinə görə, Mosulda elə yerlər olub ki, döyüş zamanı Amerika aviasiyası İraq Ordusunun texnikalarını bombardman edib: "İŞİD-in vəziyyəti çox ağır olanda, yəni ordunun qarşısını almaq mümkün olmayanda, xüsusən Mosulda əməliyyatın başlanğıcında, İraq ordusu hələ şəhərə təzə girərkən Amerika aviasiyası hər zaman kömək edib".

O, həmçinin gənclərə müraciət edərək edərək terror qruplaşmasına üzv olmamağı çağırıb. Kadrlarda Həsən Tahirov İŞİD-in daxildən necə olduğu barədə danışaraq, gəncləri terrorçulara qoşulmamağa çağırır.

"Mən İraqdayam. Kimsə İŞİD-ə qoşulma istəyirsə, bu niyyətindən əl çəksə yaxşı olar. Bu  nə xilafətdir, nə də İslam dövləti. Bu oyundu. Bu təşkilat onun üçün yaradılıb ki, daha aktiv müsəlmanlar bir yerə toplansın və məhv edilsin. Mən çox şey görmüşəm, çox şey də eşitmək məcburiyyətində qalmışam. Bura gəlməyi planlaşdırırsınızsa və Allah yolunda vuruşmaq istəyirsinizsə yaxşı olar ki, bu niyyətinizdən əl çəkəsiniz, çünki bu Allah yolu deyil», - deyə o bildirib.

Tahirov videoda  terrorçuların  qəddarlığından  danışaraq, onların heç kimə, hətta uşaqlara belə rəhm eləmədiklərini deyib: «İslam Dövləti» və «xilafət» yalandan başqa bir şey deyil».

«Bura çoxlu sayda insanlar gəlib. Onlar hamısı aldanmışdı. Qadınlar öz ərlərinin ardınca uşaqları ilə gəliblər, burda da övladları dünyaya gəlib. Lakin onların hamısı Mosulda  həlak oldular. Düşünürəm ki, rusdillilər arasında ancaq mən salamat qalmışam», - deyə terrorçu əlavə edib.

Onun sözlərinə görə, Mosulda rus dilli 800-ə yaxın qadın və kişi olub, ancaq onların  hamısı ölüb.

Qroznıdan olan Həsən Tahirov İŞİD-ə qoşulmaq üçün 2014-cü ildə Suriyaya yollanıb və özü ilə kiçik oğlunu aparıb. Bundan sonra Tahirov beynəlxalq axtarışa verilib. 2017-ci ildə o, dağıntılar arasından oğlu ilə birlikdə tapılıb. Bilal Tahirov  Rusiyaya qayıdan ilk uşaqlardan olub.

Yeri gəlmişkən qeyd edək ki, İraq həbsxanasından olan məhbusun videosunun Çeçenistan prezidenti Ramzan Kadırov özünün teleqramm səhifəsində paylaşıb.

Məqalədə : İŞİD müraciət 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:14

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru