Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Sentyabr

2017
12:20
Sabaha olan hava proqnozu açıqlanıb

FaktXeber.com-un verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozu barədə elan edib. Bildirilir ki, sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 30-35, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 764 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
155

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
130

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
130
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 19:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru