Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

15 Sentyabr

2017
15:23
1545
Kredit Fondunun yaradılması nələr vəd edir? - ANALİZ

Samir Əliyev / iqtisadçı ekspert


Kredit Zəmanəti Fondunun yaradılması vacib addımdır və kredit bazarının son iki ildə müşahidə edilən kiçilməsi prosesini səngidə bilər. Fondun yaradılması Azərbaycanda son illər özünü daha qabarıq göstərən problemi – sahibkarların kredit resurslarına çıxışı məhdudiyyətini qismən aradan qaldıra bilər. Dünyanın bir çox ölkələrində kreditlərə zəmanət verən institutlar fəaliyyət göstərir və bu qurumlar kredit risklərinin bir hissəsini üzərlərinə götürməklə sahibkarların maliyyə resurslarına çıxışına dəstək verirlər.

Fondun üstünlükləri çoxdur: bu mexanizm kommersiya kreditləri üzrə ödəmə qabiliyyətinin itirilməsi və ya vaxtında ödəməmə ilə bağlı yaranan riski aradan qaldırır. Kreditlərinə zəmanət verdiyi şirkətin kreditödəmə qabiliyyətini və borca xidmət vəziyyətini mütəmadi monitorinq edir, onlara borcların idarə edilməsi, bazar perspektivlərinin dəqiq müəyyən edilməsi sahəsində məsləhətlər verir.

İri sahibkarlıq subyektlərindən fərqli olaraq kiçik və orta sahibkarların girov qoymaq imkanları məhduddur, kreditləri qaytarmamaq riskləri yüksəkdir, müflisləşmək təhlükəsi yüksəkdir, maliyyə hesabatlılığı lazımi səviyyədə deyil, likvid girovları yoxdur. Elə bu risklərə görə banklar kiçik və orta sahibkarlara kredit verməkdə maraqlı deyillər. Nəticədə bazar istisadiyyatının əsas sütunu olan kiçik və orta sahibkarlar resurssuz qalırlar.

Azərbaycanda yaradılacaq Fondun səlahiyyətləri barədə ümumi təsəvvür olsa da Əsasnamə təsdiq olunduqdan sonra real qiymət vermək mümkün olacaq. Yeni yaradılacaq Fondun qarşısında çoxlu vəzifələr durur və bir neçə məsələyə xüsusi diqqət yetirilməsi yaxşı olardı:

- Fond fəaliyyətində əsas fokusu iri yox, kiçik və orta sahibkarlara yönəltməlidir

- Maliyyələşmədə iqtisadiyyatın prioritet sahələri nəzərə alınmalıdır və onlara üstünlük verilməlidir

- Fond, müvəkkil banklar və borcalanlar arasında risklərin bölünməsi mexanizmləri dəqiq işlənməlidir və sahibkarın üzərinə risklər az qoyulmalıdır

- Fond tərəfindən veriləcək təminatın kreditin dəyərinə münasibətdə nisbəti 50%-də az, 80%-dən çox olmamalıdır

- Zəmanət yerli istehsalın dəstəklənməsinə yönəldilməlidir

Belə bir maliyyə institutu yaradılması müsbət haldır. Onun reallıqda işlək mexanizm olması isə daha vacibdir.

Məqalədə : Kredit Zəmanəti Fondu 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2017 15:17

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru