Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2017
14:47
7510
Türkiyə, Rusiya və İran razılığa gəldi - İdlib bölündü

FaktXəbər-in verdiyi məlumata görə, Qazaxıstanın paytaxtı Astanada Suriya mövzusunda keçirilən danışıqların 6-cı mərhələsində 2 milyon əhalisi olan İdlib şəhərinin aqibəti ilə bağlı vacib qərar qəbul olunub. ABŞ-ın "Əl-Qaidə" bəhanəsi ilə hücum etməyə hazırlaşdığı İdlibdə təhlükəsizliyi Türkiyə, Rusiya və İranın dəstəklədiyi Suriya hərbçiləri təmin edəcək. 

Türkiyə ordusunun xüsusi təyinatlıları Hatay vilayətinin yaylağı və Reyhanlı rayonlarından Suriya ərazisinə daxil olaraq İdlib şəhərinin 35-50 kilometrliyinə qədər irəliləyəcək. Türkiyə hərbçiləri "Azad Suriya Ordusu" adlı qruplaşma ilə birgə 25 minlik ordu sayəsində İdlibin bir hissəsinə nəzarət edəcək.

Rəsmi Ankaranın nəzarətində olacaq regionlar arasında Cəbəl Ərbəin, Taftanaz, Cisrəş Şuğur, Əriha, Marat Numan və Xan Şeyxun kimi qəsəbələr də var.

Məqalədə : İdlib 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2018 22:54



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com