Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2017
12:02
Deputat bank rəhbərlərinin Milli Məclisə gəlməsi üçün çağırış etdi

 “Artıq Azərbaycanda insanların banklara olan kredit borcu 1,8 milyard manata yaxınlaşıb. Bu, həddindən artıq böyük məbləğdir və Azərbaycanın maliyyə bazarına təsir edən amillərdən biridir. Bu gün banklar 28-30 faizlə insanlara kreditlər verir”.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat  Vahid Əhmədov deyib.

Deputat bildirib ki, keçmiş kreditlərin həcmi azalmaqdansa, daha da  artır.

“Maliyyə Bazarlarına Nəzarət Palatası yaranandan sonra mən hesab edirdim ki, banklarla ciddi məşğul olacaq. Çox təəssüflər olsun ki, biz bunu görmədik.

Düzdür, Mərkəzi Bank pul kütləsinə nəzarəti həyata keçirir, manatı qoruyub saxlayır. Bu müsbət haldır. Amma mən bank sistemində sağlamlaşdırmanı görmürəm. Cənab prezident də çıxışında demişdi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı banklar vurub. Biz Milli Məclisin İqtisadi siyasət komitəsindəyik. Gəlin yığışaq, banklarla söhbət edək ki, niyə görə kredit faizləri həddən artıq yüksəkdir?”

V. Əhmədov söyləyib ki,  banklarda vaxtı keçmiş kreditlərin miqdarı getdikcə artır və bu borcları silmək çətinləşir.

“ Bunu necə siləcəklər? Perspektiv varsa biz də bilək də. Axı bu Azərbaycan iqtisadiyyatına təsir edən amillərdən biridir. Ziyad müəllim, bank rəhbərlərini komitənin iclasına çağıraq, bizə məlumat versinlər də bu proses hara gedir.

Mən Əli Məsimli ilə də dollarla olan kreditlər barədə təkliflər verdim. Amma atdılar arxa yeşiyə, heç onlara baxan da yoxdur. İnsanlar kreditlərini verə bilmir. Bununla əlaqədar məhkəmələrdə nə qədər iş var. İnsanların maşınların, evlərin, mülklərin əllərindən alırlar, həbs qoyurlar. Biz bu sistemlə əhalini özümüzdən küsdürə bilərik axı”.(Modern.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Vahid Əhmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 11:56



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com