Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 Sentyabr

2017
09:02
755
Şimali Koreyadan yeni raket sınağı

Cənubi Koreya ordusu Şimali Koreya tərəfindən paytaxt Pyonqyanqdan "müəyyən olunmayan" raket atıldığını açıqlayıb.

FaktXəbər-in "Yonhap"a istinadən məlumatına görə, Cənubi Koreya Baş Qərargah rəhbərliyi tərəfindən verilən açıqlamada, "Şimali Koreya Pyonqyanq yaxınlığından səhər saat 06.57 radələrində naməlum raket buraxıb. Raket Yaponiyanın üstündən keçərək Sakit okeanın şimalına düşüb", - deyə bildirilir.

Ordu həmin raketin 770 kilometr hündürlüyə qalxdığını, havada 3 min 700 kilometr yol qət etdiyini qeyd edib.

Açıqlamada Cənubi Koreya və ABŞ-ın sözügedən raket buraxılışı ilə bağlı məlumatı təhlil etdiyi də bildirilib.

Cənubi Koreyada isə Pyonqyanqın raket sınağının dərhal sonra Milli Təhlükəsizlik Şurasının iclası toplanıb və ordu Şərq dənizində balistik raket təlimi keçirib.

Yapon dövlət televiziyası NHK isə Şimali Koreyanın raketi Yaponiyanın şimal-şərqinə doğru atmış ola biləcəyini deyib.

Qeyd edək ki, Şimali Koreya 29 avqust tarixində də "Hwasong-12" tipli orta mənzilli balistik raket atmış, Yaponiyanın üstündən keçən raket Sakit okeana düşmüşdü.

Pyonqyanq 3 sentyabrda da 2006-ci ildən bu yana ən güclü və 6-cı nüvə sınağını keçirmişdi. Bu sınaqdan sonra ABŞ tərəfindən hazırlanan və Şimali Koreya rəhbərliyinə yeni iqtisadi sanksiyalar tətbiq olunmasını göstərən qətnamə layihəsi Birləşmiş Millətlər Təhlükəsizlik Şurasında qəbul edilmişdi.

Məqalədə : Şimali Koreya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru