Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Sentyabr

2017
22:48
703
`Cırtdan` yumurtalar zərərlidir? - VİDEO

Bəzən elə məhsullara rast gəlirik ki, adət etdiyimiz görünüşə malik olmur. Məsələn hansısa bir tərəvəz qeyri-adi formada olur və ya hansısa bir canlının bir neçə əli-ayağı və ya barmağı olur. Bu dəfə isə bildiyimiz adi toyuq yumurtasının qeyri-adi görünüşündən danışacayıq

Bu nə bildirçin yumurtasıdır, nə də hansısa bir heyvan. Ölçüsü kiçik olsa da, bu da toyuq yumurtasıdır. Sadəcə adət etdiyimiz görünüşdə və ölçüdə deyil. Zoologiya İnstitutunun elmi işçisi Sevinc Rəcəbova deyir ki, bu kimi hallara tez-tez rast gəlinir. Onun sözlərinə görə, toyuq yumurtasında baş verən bu cür anomaliya həm onun orqanizmindəki problemlərlə, həm də qidalanması ilə əlaqədardır.

Ölçüsü standartdan balaca olsa da, onu yemək təhlükəli deyil. Sevinc Rəcəbova deyir ki, sadəcə belə hallarda qeyri-adi formalı yumurtaların içərisində sarısı olmur. Eyni zamanda dadı da fərqli olur.

İstənilən halda belə qeyri-adi formalı toyuq yumurtalarını bişirib yemirlər. Amma yesələr belə, o, zəhərlənmə və ya digər bu kimi neqativ hallara gətirib çıxarmır. (Xezerxeber)

Məqalədə : yumurta 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru