Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Sentyabr

2017
16:21
2327
XANIMLARIN DİQQƏTİNƏ: Sevdiyiniz şəxs sizi aldadırmı? - 10 ƏLAMƏT

İnsanlar arasında münasibətlər mürəkkəb və zərifdir. Xüsusi ilə ailəli şəxslər arasında. Və illər əvvəl tanış olduqları zamanın münasibətlərini saxlamaq heç də həmişə mümkün olmur. Hisslər keçdikcə heç də hamının nöqtə qoymaq cəsarəti çatır, insanlar yalan danışmağa başlayırlar.

FaktXəbər olaraq davranışlardakı bu 10 dəyişikliyə diqqət yetirməyi təklif edirik.

10. Telefonuna toxunduqda hirslənir

Hər kəs onun şəxsi əşyasına toxunduqda dözümlü yanaşa bilmir. Bu elə də xoş deyil. Amma əgər siz təsadüfən onun telefonunu götürdükdə sərt reaksiya ilə üzləşirsinizsə, əmin olun, o əsəbdən əziyyət çəkmir, mümkündür ki, nəsə gizlədir. Araşdırın, amma unutmayın ki, hər zaman çıxış yolu var, onun xilası sizin əlinizdədir.

9. Tez-tez iş saatından sonra işdə qalır

Bəzən işdə ləngiyir, bu mümkündür. Amma bu ləngimələr işdə məhəmmət romanının nir hissəsi də ola bilər. Niyə belə olur? Bu sualın cavabını sakit şəkildə söhbətdə axtarmaq lazımdır. Yəqin ki, bir vaxtlar hər ikiniz birlikdə şam etmək üçün işdən evə uça-uça gəlmisiniz.

8. Heç nədən qısqanır

Az miqdarda qısqanclıq yaxşı hissdir. Əlaqələrin ilk illərində bu münasibətlər hətta xoşdur, o deməkdir ki, sizi dəqiq sevir. Amma əgər illər sonra yoldaşınız boş yerə qısqanclıq səhnələri yaradır və əsəbləşirsə, ola bilər onun özü işləri korlayıb.

7. Artıq qayğı və diqqətə görə acıqlanır

Yaxınlarımız tərəfindən məhəbbət hisslərinin təzahüründən tez-tez əziyyət çəkirik. Və adətən bu hisslər təzahür etdikdə insanlar çox sevinirlər. Amma əgər yoldaşınız sizin qayğı və diqqətinizdən narazıdırsa, onda sükut edin və çalışın bunun səbəbini araşdırasınız.

6. İntim həyatda çoxdan yoxdur

İntim həyatın ailə həyatı üçün çox vacibdir. İlk vaxtlar tərəflər arasında intim münasibətlər yüksək olur, sonra isə getfikcə azalır. Amma tamamilə olmaması artıq həyəcan təbilidir. Ailənizi xilas etmək üçün yoldaşınızla danışın, münasibətlərdəki soyuqluğun səbəbini öyrənin, qəlbindəkiləri söyləməsinə izin verin, birlikdə çıxış yolu axtarın.

5. Gələcək işlərini sizinlə müzakirə etmir

Xüsusi ilə evliliyin ilk illərində tərəflər gələcək həyatları üçün müəyyən planlar qururlar. Harada yaşayacaqlar - şəhərdə, yoxsa şəhər kənarında, istirahətə hara gedəcəklər - Şahdağa, yoxsa Antalyaya? Əgər vaxt keçdikcə sizlərdən hansınızsa gələcəyə dair planları müzakirə etmirsə və ya buna meyl göstərmirsə, səbəbini araşdırmağa çalışın.

4.  Heç bir səbəb olmadan hədiyyə alır

Hədiyyə almaq hər kəs üçün sevindiricidir. Xüsusi ilə qadınlar üçün. Onda qadın özünü əsl ilahə kimi hiss edir. Bəs hədiyyələr həddindən artıq çox olursa necə? İlk əvvəl siz heyran qalacaqsınız, amma sonradan qəlbinizdə şübhələr yaranacaq, məntiqi suallar yaranacaq: o niyə özünü belə aparır, doğrudanmı, nə isə etmişəm, nə üçün indi xəcalət çəkirəm?

3. Əhval-ruhiyyəsində kəskin enmələr olur

Həyatımızda çoxlu mürəkkəb hallar olur. Gərginliyə və yüklənmələrə məruz qalırıq. Ona görə də əhval-ruhiyyənin düşməsindən heç kim sığortalanmayıb. Amma belə pozulmalar çox tez-tez baş verirsə və siz əminsiniz ki, işdəki problemləri ilə bağlı deyil, onda nə baş verdiyini öyrənmək üçün yoldaşınızla danışmağınız lazımdır.

2. Ciddi söhbət zamanı qəfildən mövzunu dəyişir

İşdən sonra və ya yatmazdan qabaq ciddi söhbətlər üçün heç də yaxşı vaxt deyil. Amma əgər sizin tərəfdaş hətta münasib məqam zamanı belə, həqiqətən mühüm şeylər barədə danışmaqdan qəti surətdə imtina edirsə, ola bilsin, o belə söhbətlərdən yayınmağa çalışır. Bu, sizin münasibətlərin gələcəyi barədə narahat olmaq üçün əsasdır.

1. Sizi valideynləri və ya yaxınları ilə tanış etməkdən çəkinir

Əgər siz uzun müddətdir tanışsınızsa və o sizi dostları, qohumları, ya da valideynləri ilə tanış etməkdən qaçırsa, bu narahatçılıq üçün əsasdır. Əgər  onun fikri sizinlə bağlı ciddidirsə və heç bir əsaslı səbəb yoxdursa, gecikməməlidir. O deyir ki, hazır deyil, siz isə ona daim haqq qazandırırsınız. Bəlkə də siz sadəcə olaraq onun gözünün içinə baxıb, həqiqəti görmək istəmirsiniz: siz bu adamın həyatında mühüm yer tutmursunuz.

Məqalədə : ailə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru