Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

14 Sentyabr

2017
16:04
1742
Qazaxıstan prezidenti Nazarbayev: Suriyaya əsgər göndərəcəyik

FaktXəbər-in verdiyi məlumata görə, Qazaxıstan prezidenti Nazarbayev, Birləşmiş Millətlər Təşkilatının qərar verəcəyi halda Suriyaya əsgər göndərəcəklərini bildirib.

Prezident Nazarbayev, paytaxt Astanadaki Akorda sarayında keçirdiyi mətbuat konfransında, Suriyayla bağlı suala cavab verərkən bildirib ki, Suriya mövzusunda 6-ci Astana toplantısı bu gün başlayıb. Astanadaki danışıqların nəticəsində Suriyada bəzi bölgələrdə atəşkəs əldə olunub. Birləşmiş Millətlər Təşkilatı (BMT) bəzi qüvvələri Suriyaya göndərmə qərarı alarsa biz BMT üzvü kimi ora öz əsgərlərimizi göndərəcəyik.

Prezident Nazarbayev, Suriyadakı müharibəyə görə, çox sayda insanın öldüyünü və qaçqın  düşdüyünü vurğulayıb.

Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2018 08:11

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru