Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Sentyabr

2017
10:37
972
Tovuzda kütləvi dava: narkotik vasitə qəbul edən yeniyetmələr döyülüb

Tovuz rayonunda yeniyetmələr arasında kütləvi dava düşüb. Hadisə rayonun Qovlar kəndində baş verib. Bir qrup yeniyetmə arasında hələki bilinməyən səbəbdən düşən dava zamanı, 2000-ci il təvəllüdlü Rəşad Elşən oğlu Hüseynov və onun həmyaşıdı, Elşad Vaqif oğlu Rzayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Hər iki şəxsə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və yaralılar palataya yerləşdirilib. İlkin məlumatlara görə, mübahisə edən yeniyetmələr narkotik maddənin təsiri altında olublar. Yeniyetmələrin hələlik adı bilinməyən narkotik vasitə qəbul etdikləri xəstəxanada aparılan müayinələrdən sonra məlum olub. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(Report)

Məqalədə : Tovuz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru