Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2017
10:27
Dövlət qulluğu haqqında qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb

Dövlət İmtahan Mərkəzində (DİM) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsi (AZ/15/ENP/OT/40) çərçivəsində növbəti tədbir keçirilib.

Tədbirdə DİM-in Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov açılış nitqi ilə çıxış edib.

O bildirib ki, pilot layihə uğurla tamamlanıb və arzuolunan nəticələr əldə edilib: "Pilot layihənin nəticəsi olaraq dövlət qulluğu haqqında qanunvericiliyə müvafiq dəyişikliklərin layihəsi işlənib hazırlanıb".

Görüşdə, həmçinin litvalı ekspertlər və pilot qurumların nümayəndələri tərəfindən pilot layihənin yekunlarına dair təqdimatlar edilib, qeyd edilən pilot orqanların nümayəndələri pilot layihənin həyata keçirilməsi zamanı qarşılaşdıqları çətinliklər barədə iştirakçılara ümumi məlumat verib.

Sonda tədbir iştirakçılarının layihə ilə bağlı sualları cavablandırılıb və müzakirələr aparılıb.(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Dövlət qulluğu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 09:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com