Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Sentyabr

2017
15:41
1324
Ərəb Liqasında Qətərin nümayəndəsi Səudiyyəni belə tənqid etdi - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, Misirin paytaxtı Qahirədə keçirilən Ərəb Liqasının toplantısında Qətər və Səudiyyə Ərəbistanının nümayəndələri arasında çəkişmə yaranıb. Belə ki, Səudiyyə rəmisi Əhməd Əl-Qətan Qətərin İranla əlaqəsini pisləyib və bunu dayandırmağa çağırıb.

Qətərin Ərəb Liqasındakı rəsmisi Soltan bin Səd əl-Mirrixinin  səudiyyəli həmkarına cavabı isə sərt olub: "And olsun Allaha İran şərafətli ölkədir. Heç vaxt bizi hansısa ölkədə səfirlik açıb-bağlamağa məcbur etməyib. Səudiyyə Ərəbistanı isə bunu edib. Biz sizin istəyinizlə İrandakı səfirliyimizi bağladıq. Lakin sizin rəftar və hərəkətləriniz bizi məcbur etdi ki, yenidən İran tərəfə qayıdaq. Körfəzdə Səudiyyə Ərəbistanının şərrindən heyvanlar belə amanda deyil".

Məqalədə : Qətər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru