Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Sentyabr

2017
14:36
590
Bəhreyndə aclıq aksiyası keçirən siyasi məhbuslara qarşı təzyiqlər olub

“Cəv” həbsxanalarında başlanılan aclıq aksiyası artıq üçüncü gününü geridə qoyub. Bəhreyndə insan haqları aktivisti Abdullah əl Hace də müddətsiz aclıq aksiyasına başlayıb. FaktXeber.com-un məlumatına görə, bu barədə "Voice of Bahrain" xəbər yayıb.

Dünən KİV-lərdə yayılan məlumata görə "Cəv" ("Jaw") həbsxanasının gözətçiləri  siyasi məhbusların  aclıq aksiyasını dayandırmaq məqsədiylə  onlara təzyiqlər ediblər. Aksiyaçılar digər məhbuslardan ayıraraq döyülüblər və daha kiçik həbsxanalara köçürülüblər. Kameralarda bütün pəncərələr üzlərinə bağlanıb. Həbsxanaya suyun girişi qadağan olunub. Bu məhbusların digərləri ilə görüşü qadağan edilib. 

Bütün bunlara baxmayaraq məhbuslar müqavimət göstərir və istəklərinin reallaşacağı anadək aksiyanı davam edəcəklərini bildiriblər.

Məlumatlara görə, bu gün səhər saatlarından etibarən aclıq keçirən məhbuslardan bir çoxunun halı kəskin surətdə pisləşib və həbsxananın hospitalına yerləşdiriliblər.

Bundan başqa, Bəhreyndə yeni təhsil ilinin başlanmasına baxmayaraq, 200-dən çox məktəbli bu günlər Ali-Xəlifə zindanlarında məhbus həyatı yaşayır. Rəsa xəbər agentliyinin verdiyi məlumata görə, bəhreynli insan haqları müdafiəçisi Əhməd Səffar həbsdə olan məktəblilərin azad edilməsini istəyərək, deyib: "Bu uşaqların siyasi səbəblər üzündən təhsildən məhrum edilmələri qəbuledilməzdir". 

Digər tərəfdən Bəhreyn xalqı ölkənin  bir çox bölgəsində nümayişlər keçirərək,  bir daha İslam alimi Ayətullah Şeyx İsa Qasimin  evinin  mühasirə altında saxlanılmasını qınayıblar. 

Məqalədə : Bəhreyn 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru