Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Sentyabr

2017
14:45
818
İkili vətəndaşlığa icazə verən ölkələr - SİYAHI

FaktXəbər-in məlumatına görə, ikili vətəndaşlıq iki və daha çox ölkənin qanunvericiliyinə arasında qarşılıqlı fəaliyyət nəticəsində alınır. İkili vətəndaşlığı avtomatik (bir qayda olaraq anadangəlmə və ya nikahdan sonra) və müraciət əsasında almaq mümkündür. 

Qeyd edək ki, iki vətəndaşlığa inkişaf etmiş ölkələrdə rast gəlinsə də, heç də bütün dövlətlər buna icazə vermir. Belə ölkələrdən biri də Azərbaycandır. Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

İkili vətəndaşlığa icazə verən ölkələr bunlardır:

Avstriya, Yunanıstan, Kanada, Yeni Zelandiya, Türkiyə, Avstraliya, Gürcüstan, Fici, Keniya, Pakistan, Albaniya, Danimarka, Kipr, Peru, Filippin, Ermənistan, Dominikan, Kolumbiya, Polşa, Finlandiya, Banqladeş, Misir, Kosovo, Portuqaliya, Fransa, Belçika, Qərbi Samoa, Latviya, Rusiya, Çernoqoriya, Bolqarıstan, İraq, Livan, Rumıniya, Çili, Braziliya, İsrail, Litva, Sent-Kids və Nevis İsveçrə, Macarıstan, İordaniya, Lüksemburq, Serbiya, İsveç, Böyük Britaniya, İrlandiya, Makedoniya, Suriya, Şri-Lanka, Vyetnam, İslandiya, Malta, Sloveniya, Ekvador, Meksika, ABŞ, El-Salvador, İspaniya, Almaniya, Qrenada, İtaliya, Moldova, Tailand.

Məqalədə : ikili vətəndaşlıq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru